30 Av 5786 13 avqust 2026 🕯️ Şam yandırma — 19:23, cümə Şabbatın çıxışı — 20:29, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Hüquqi sənədlər və Vyana xəritəsi olan iş masası

İsrailli qadınlar Vyanada yoxa çıxıb: Polis hansı versiyanı araşdırır?

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dünya
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Vyanada itkin düşən İsrail vətəndaşları Mali və Liel Yahalominin işi İsrail Polisinin İqtisadi Cinayətlərlə Mübarizə üzrə Milli Bölməsinin nəzarətinə keçirilib.

İşin xüsusi bölməyə verilməsi və istintaqla bağlı məlumatların yayılmasına tətbiq olunan məhkəmə qadağasının qüvvədə qalması araşdırmanın yeni istiqamətə keçdiyini göstərir.

Hüquq və kriminal məsələlər üzrə icmalçı Coş Breyner bildirib ki, itkin şəxslərin axtarışına iqtisadi cinayətlərlə məşğul olan xüsusi bölmənin cəlb edilməsi qeyri-adi addımdır. Onun sözlərinə görə, bu, istintaq çərçivəsində mümkün maliyyə cinayətinin araşdırıldığını göstərə bilər.

Polisdəki mənbələrdən əldə olunan məlumatlara əsasən, itkin düşən qadınlardan birinin bank sektorunda çalışması da müstəntiqlərin diqqətini bu istiqamətə yönəldib. Hazırda onun fəaliyyəti ilə bağlı mümkün maliyyə pozuntuları araşdırılır.

Hüquq-mühafizə orqanları qadınların düşmən tərəfindən qaçırılması ehtimalını da nəzərdən keçiriblər. Lakin C. Breynerin əldə etdiyi məlumata görə, polis hazırda bu ssenarini az ehtimallı hesab edir.

İstintaqın əsas versiyalarından birinə görə, qadınlar könüllü şəkildə yoxa çıxmış və onların itkin düşməsi İsraildə araşdırılan mümkün maliyyə pozuntuları ilə əlaqəli ola bilər.

Bununla belə, C. Breyner istintaqın hələ başa çatmadığını və yekun nəticələrin olmadığını vurğulayıb. Mali və Liel Yahalominin ailəsi isə itkin düşən yaxınlarının taleyi ilə bağlı hələ də rəsmi yenilənmiş məlumat almayıb.

Qeyd edək ki, 50 yaşlı Mali Yahalomi və 23 yaşlı qızı Liel Yahalominin ailəsi ilə son əlaqəsi 7 avqust 2026-cı ildə, cümə günü olub. Onlar həmin vaxt Avstriyanın paytaxtı Vyanada olublar. Daha sonra qadınların telefonlarının Vyana şəhərindəki dəmiryol vağzalı ərazisində qeydə alındığı bildirilir.

Məlumata görə, ana və qız Vyanaya Praqadan səfər ediblər. Onların geri qayıdış uçuşu isə Praqadan İsrailə planlaşdırılıb, lakin avqustun 11-də həmin reysə getməyiblər.

Hazırda axtarış İsrail və Avstriya hüquq-mühafizə orqanlarının əməkdaşlığı çərçivəsində davam etdirilir.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
İsrailli qadınlar Vyanada yoxa çıxıb: Polis hansı versiyanı araşdırır?jnews.az səsləndirməsi