30 Av 5786 13 avqust 2026 🕯️ Şam yandırma — 19:23, cümə Şabbatın çıxışı — 20:29, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Futbol oyunundan əvvəl Bakı Metropoliteninin stansiyasına giriş

Bakı metrosu gücləndirilmiş rejiminə keçib

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Cəmiyyət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Yenilənib: Avqust 13, 2026 12:33 axşam

Bakı Metropoliteni UEFA Konfrans Liqası çərçivəsində bu gün, avqustun 13-də keçiriləcək “Qarabağ”ın oyunu ilə əlaqədar iş rejimini gücləndirəcək.

“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, azarkeşlərin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə “Gənclik” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Stansiyada əlavə əməkdaşların növbətçiliyi təşkil ediləcək.

Sərnişin sıxlığının qarşısını almaq və sərnişin axınını tənzimləmək məqsədilə zərurət yarandığı təqdirdə xəttə ehtiyat qatarlar buraxılacaq.

Bununla yanaşı, “Nəriman Nərimanov” və “28 May” stansiyalarında sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi və metropolitenin fasiləsiz fəaliyyətinin qorunması üçün əlavə tədbirlər görüləcək.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
Bakı metrosu gücləndirilmiş rejiminə keçibjnews.az səsləndirməsi