26 Av 5786 9 avqust 2026 🕯️ Şam yandırma — 19:23, cümə Şabbatın çıxışı — 20:29, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət İdman Təhlil Texnologiya Podkastlar Təhsil
Azərbaycanın qadın voleybol millisi

Azərbaycanın qadınlardan ibarət voleybol millisi Bakıda iki yoxlama oyunu keçirib

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Siyasət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Azərbaycanın qadınlardan ibarət voleybol millisi Avropa çempionatına hazırlıq çərçivəsində Bakıda iki yoxlama oyunu keçirib. Azərbaycan komandasının rəqibi ölkədə təlim-məşq toplanışında olan Latviya yığması olub.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan hər iki görüş ev sahiblərinin 3:2 və 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşıda baş məşqçi Faiq Qarayevin rəhbərlik etdiyi Azərbaycan millisini Avropa çempionatının C qrupunda çıxış gözləyir. Komandanın rəqibləri Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları olacaq. Bu qrupun oyunları 21–28 avqust tarixlərində Bakıdakı Milli Gimnastika Arenasında keçiriləcək.

PaylaşFacebookTelegramWhatsApp
Fariz Aşurov
Fariz Aşurov

Baş prodüser

Müəllifdən daha çox →
Azərbaycanın qadınlardan ibarət voleybol millisi Bakıda iki yoxlama oyunu keçiribjnews.az səsləndirməsi