Ukrayna Silahlı Qüvvələrinin PUA zərbəsindən sonra “Wildberries” şirkətinin Yekaterinburqdakı anbarında yanğın baş verib.
Hücuma məruz qalan müəssisədən 800 nəfər təxliyə olunub, hadisə nəticəsində xəsarət alan yoxdur.
Hazırda yanğın yerində yanğınsöndürmə briqadaları işləyir. Logistika mərkəzinin aldığı zədələrin fəsadları və miqyası barədə məlumat dəqiqləşdirilir.
Cari tədarüklərin qəbulu müvəqqəti məhdudlaşdırılıb, onlar digər obyektlərə yönəldilib.
Rusiya prezidentinin Ural Federal Dairəsi üzrə nümayəndəsi Artyom Joqa 800 nəfərin təxliyə edilməsi faktını və yanğının məhz PUA hücumu nəticəsində başladığını təsdiqləyib.
Öz növbəsində, Sverdlovsk vilayətinin qubernatoru Denis Pasler regionda pilotsuz uçuş aparatı təhlükəsinin davam etdiyi barədə xəbərdarlıq edib. Vilayət rəhbəri təhlükəsizlik məqsədilə mobil rabitəyə müvəqqəti məhdudiyyətlərin tətbiq oluna biləcəyini də qeyd edib.
Mənbə: Jnews.az