İsrail Prokurorluğu Yerusəlim sakini Eli Lavona İranın kəşfiyyat orqanları ilə əməkdaşlıq etmək ittihamı irəli sürüb. İttiham aktına əsasən, o, iki iranlı əlaqələndirici ilə mütəmadi təmas saxlayaraq onların müxtəlif tapşırıqlarını yerinə yetirib və bunun müqabilində ödənişləri kriptovalyuta ilə qəbul edib.
İstintaq materiallarına görə, Lavonun yerinə yetirdiyi tapşırıqlar arasında Yerusəlim Mərkəzi Avtovağzalının fotoşəkillərinin çəkilməsi, şəhərin Buxara məhəlləsində yerləşən binanın sənədləşdirilməsi, küçələrdən birində üzərində “İş yerinə yetirildi” qeydi olan siqaret qutusunun gizlədilməsi, həmçinin USB yaddaş qurğusunu əskinasa bükərək restoranda qoyması yer alıb. O, tapşırıqların icrasını videoya çəkərək iranlı əlaqələndiricilərinə göndərib.
Məlumata görə, Lavon bu fəaliyyətinə görə ümumilikdə təxminən 1 500 ABŞ dolları məbləğində ödəniş alıb. İsrail Prokurorluğu ittiham aktı ilə yanaşı, məhkəmə prosesi başa çatanadək onun həbsdə saxlanılması barədə də vəsatət təqdim edib.
Son aylarda İsraildə İranın xeyrinə casusluq fəaliyyəti ilə bağlı bir sıra oxşar işlər üzrə saxlanılmalar və ittihamlar irəli sürülüb. İsrail təhlükəsizlik qurumları İranın ölkə daxilində mülki şəxsləri sosial şəbəkələr və şifrələnmiş rabitə vasitələri ilə əməkdaşlığa cəlb etməyə çalışdığını bildi