Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.
Kremlin məlumatına görə, təxminən 1 saat 25 dəqiqə davam edən söhbət zamanı Putin Trampı ABŞ-ın Müstəqillik Gününün 250 illiyi münasibətilə təbrik edib.
Danışıq zamanı tərəflər Rusiya-Ukrayna müharibəsi, ikitərəfli münasibətlər və qarşıdan gələn NATO sammiti ərəfəsində diplomatik səyləri müzakirə ediblər.
Donald Tramp Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə dəstək verməyə və bu istiqamətdə vasitəçilik səylərini davam etdirməyə hazır olduğunu bildirib. Eyni zamanda, Putin münaqişənin siyasi və diplomatik yollarla nizamlanmasının vacibliyini vurğulayıb.
Məlumata əsasən, söhbət “işgüzar və konstruktiv” atmosferdə keçib. Danışıqdan sonra Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenski ilə də telefon əlaqəsi saxladığı bildirilib.