5 Elul 5786 18 avqust 2026 🕯️ Şam yandırma — 19:13, cümə Şabbatın çıxışı — 20:19, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
İsrailin yeni gözəllik kraliçası bəlli oldu: "Miss İsrail 2026"

İsrailin yeni gözəllik kraliçası bəlli oldu: “Miss İsrail 2026”

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Mədəniyyət
📅

ABŞ-ın Florida ştatının Mayami-Biç şəhərindəki Yəhudi Muzeyində keçirilən təntənəli mərasimdə 25 yaşlı israilli model və ictimai fəal Daniel Yablonka “Miss İsrail 2026” elan edilib. Yeni təşkilat tərəfindən bərpa edilən müsabiqənin qalibi olan Yablonka bu ilin noyabr ayında Puerto-Rikoda keçiriləcək nüfuzlu “Miss Universe” yarışmasında İsraili təmsil etmək hüququ qazanıb.

Mayamidə anadan olan və iki il əvvəl İsrailə köçərək Təl-Əvivdə məskunlaşan Daniel Yablonka təkcə gözəlliyi ilə deyil, həm də fəal ictimai mövqeyi ilə tanınır. O, yəhudi kimliyinin qorunması və antisemitizmə qarşı mübarizə istiqamətində gördüyü işlərlə fərqlənir.

Qeyd edək ki, Yablonka 2025-ci ildə “Miss Universe Israel” müsabiqəsində ikinci yeri tutmuşdu, bu il isə milli seçim turu keçirilmədən birbaşa qalib seçilib.

Xatırladaq ki, İsrail beynəlxalq gözəllik müsabiqələrində uzun tarixə malikdir və ölkə nümayəndəsi 1998-ci ildə “Miss World” tituluna layiq görülüb.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →