4 Elul 5786 17 avqust 2026 🕯️ Şam yandırma — 19:13, cümə Şabbatın çıxışı — 20:19, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Azərbaycanlı futbolçu Rüfət Abdullazadə İsrailə yollandı: Səfir vizasını təqdim edib

Azərbaycanlı futbolçu İsrailə yollandı: Səfir vizasını təqdim edib

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
İdman
📅

Azərbaycanlı futbolçu Rüfət Abdullazadə İsrailin Hapoel İroni Kiryat Şmona klubuna transfer olunub.

Transfer öncəsi futbolçuya viza Bakıdakı İsrail səfirliyində təqdim edilib. İsrailin Azərbaycandakı səfiri Ronen Krausz Rüfət Abdullazadə ilə görüşərək ona yeni komandasında uğurlar arzulayıb.

Səfir bildirib ki, İsrail və Azərbaycan arasında mövcud olan sıx əlaqələrin idman sahəsində də öz əksini tapması sevindirici haldır və bu cür əməkdaşlıq xalqlar arasında münasibətlərin daha da möhkəmlənməsinə töhfə verir.

Rüfət Abdullazadə yeni mövsümdən etibarən İsrail Premyer Liqasında çıxış edən “Hapoel İroni Kiryat Şmona” klubunun formasını geyinəcək.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →