18 Tammuz 5786 3 iyul 2026 🕯️ Şam yandırma — 19:58, cümə Şabbatın çıxışı — 21:04, şənbə
TƏCİLİ
Hamısı Siyasət Dünya Cəmiyyət Hadisələr İqtisadiyyat İdman Texnologiya Təhlil Podkastlar Mədəniyyət Xəbərlər
Prezident İlham Əliyevdən Aleksandr Lukaşenkoya TƏBRİK

Prezident İlham Əliyevdən Aleksandr Lukaşenkoya TƏBRİK

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Siyasət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Prezident İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya təbrik ünvanlayıb.

Təbrikdə deyilir:

“Hörmətli Aleksandr Qriqoryeviç.

Dövlət bayramı – Belarus Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Azərbaycan ilə Belarus arasında münasibətlər yüksək səviyyədə qarşılıqlı anlaşma, sıx qarşılıqlı fəaliyyət ilə xarakterizə olunur. Xalqlarımız arasında möhkəm dostluq və qarşılıqlı dəstək ənənələri, həmçinin yüksək səviyyədə razılaşmaların uğurla həyata keçirilməsi dövlətlərarası əlaqələrimizi keyfiyyətli məzmunla zənginləşdirir və istiqamətlərin bütün spektri üzrə ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə kömək edir.

Əminəm ki, birgə səylərlə Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında çoxplanlı qarşılıqlı fəaliyyət və strateji tərəfdaşlıq dost xalqlarımızın və ölkələrimizin rifahı naminə gələcəkdə də ardıcıl olaraq genişlənəcək və dərinləşəcəkdir.

Hörmətli Aleksandr Qriqoryeviç, bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti vəzifənizdə uğurlar, dost Belarus xalqına isə əmin-amanlıq və tərəqqi arzulayıram”.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
Prezident İlham Əliyevdən Aleksandr Lukaşenkoya TƏBRİKjnews.az səsləndirməsi