İsrailin mərkəzində yerləşən Lod şəhərində əlində bıçaq olan şəxs polis əməkdaşına yaxınlaşaraq onu öldürməyə cəhd edib.
Təhlükəsizlik qüvvələri hadisəyə dərhal reaksiya verərək hücum edən şəxsi yerində zərərsizləşdiriblər. Hadisə nəticəsində polis əməkdaşları arasında xəsarət alan olmayıb.
Ərazi qısa müddət ərzində mühasirəyə alınıb. Təhlükəsizlik orqanları hücumun terror xarakterli olub-olmadığını müəyyən etmək üçün araşdırma aparır.