Futbol üzrə Dünya Çempionatında pley-off mərhələsinin 1/16 final görüşləri davam edir.
Bu mərhələnin növbəti oyun günündə daha üç qarşılaşma baş tutacaq. Braziliya, Almaniya və Niderland kimi favoritlər 1/8 finala vəsiqə qazanmaq uğrunda mübarizə aparacaqlar. Onların rəqibləri müvafiq olaraq Yaponiya, Paraqvay və Mərakeş yığmaları olacaq.
İlk olaraq iyunun 29-u saat 21:00-da Braziliya millisi Yaponiya ilə üz-üzə gələcək. Ayın 30-na keçən gecə isə digər iki matç keçiriləcək: Bakı vaxtı ilə saat 00:30-da Almaniya Paraqvayla, saat 05:00-da isə Niderland Mərakeşlə qarşılaşacaq.