İsrail Silahlı Qüvvələri Livanın cənubunda əməliyyat keçirib, nəticədə “Hizbullah” yaraqlılar qrupu məhv edilib. İsrail ordusunun bəyanatına görə, hadisə Nəbatiyyə şəhəri ərazisində baş verib.
Qumbaraatanlarla silahlanmış bir neçə yaraqlı İsrail qoşunlarının mövqeləri yaxınlığında aşkar edilib. Hədəf müəyyən edildikdən sonra onlara və fəaliyyət göstərdikləri binaya zərbə endirilib.
Bundan əlavə, əməliyyat zamanı İsrail qüvvələri “Hizbullah”a məxsus raket buraxılış qurğusunu məhv edib.