14 Av 5786 28 iyul 2026 🕯️ Şam yandırma — 19:40, cümə Şabbatın çıxışı — 20:46, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət İdman Texnologiya Təhlil Podkastlar Təhsil
AQTA tərəfindən yoxlanılan "Bilgam" bioloji aktiv qida məhsulu

Bu vitamini almayın: Aldadıcı etiket yapışdırılıb

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Cəmiyyət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Türkiyədən ölkəyə gətirilmiş yararsız bioloji aktiv qida məhsulunu (BAQM) məhv edib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsinin məlumatına görə, fiziki şəxs Bağırzadə Məlik Namik oğlu tərəfindən idxal edilmiş məhsul Türkiyənin “Cosmoactive İlaç Anonim Şirketi” tərəfindən istehsal olunub. Nəzarət tədbirləri çərçivəsində AQTA əməkdaşları 26001 partiya nömrəli "Bilgam" TABLET N 30 adlı bioloji aktiv qida məhsulundan nümunələr götürərək laborator müayinəyə cəlb ediblər.

Məhsulun etiketində B12 vitamininin müəyyən miqdarı bəyan edilsə də, laboratoriya nəticələrinə əsasən tərkibində həmin göstərici ümumiyyətlə aşkar edilməyib.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Qeyd olunan 02.03.2026-cı il istehsal və 02.03.2029-cu il son istifadə tarixli məhsul partiyası AQTA əməkdaşlarının iştirakı ilə məhv edilib.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
Bu vitamini almayın: Aldadıcı etiket yapışdırılıbjnews.az səsləndirməsi