12 Av 5786 26 iyul 2026 🕯️ Şam yandırma — 19:40, cümə Şabbatın çıxışı — 20:46, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət İdman Texnologiya Təhlil Podkastlar Təhsil
Netanyahu: Trampla görüşdə İran məsələsini müzakirə edəcəyik

Netanyahu: Trampla görüşdə İran məsələsini müzakirə edəcəyik

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Siyasət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

İsrailin Baş naziri Benyamin Netanyahu iyulun 27-də ABŞ-ın paytaxtı Vaşinqtona səfər edəcəyini açıqlayıb. O, səfər çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşəcək, həmçinin İsrailin yaxın dostu kimi xarakterizə etdiyi mərhum senator Lindsi Qremin dəfn mərasimində iştirak edəcək.

B. Netanyahunun sözlərinə görə, görüş zamanı regionda baş verən son proseslər və gündəmdə olan digər mühüm məsələlərlə yanaşı, İran ətrafındakı vəziyyət də geniş müzakirə olunacaq.

Baş nazir Livandakı vəziyyətə də münasibət bildirib. O, İsrail ordusunun ölkə ərazisindəki “sarı xətt”dən geri çəkilməsi ilə bağlı mediada yayılan məlumatları təkzib edib. B. Netanyahu qeyd edib ki, “pilot zonalar” adlandırılan iki ərazidən birində ümumiyyətlə İsrail hərbçiləri yerləşdirilməyib, digər zonada – Litani çayının şimalında isə yalnız müvəqqəti dislokasiya olunmuş qüvvələr fəaliyyət göstərir.

B. Netanyahu həmçinin Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) baş prokuroru Kərim Xanın vəzifəsindən uzaqlaşdırılmasını müsbət qiymətləndirib. Onun sözlərinə görə, ABŞ dövlət katibi Marko Rubio ilə baş tutan son telefon danışığında Vaşinqtonun BCM-yə qarşı qətiyyətli addımlar atmaq niyyəti bir daha təsdiqlənib.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
Netanyahu: Trampla görüşdə İran məsələsini müzakirə edəcəyikjnews.az səsləndirməsi