Fransa Prezidenti Emmanuel Makron ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.
Söhbət zamanı tərəflər Fransa-Ermənistan münasibətlərinin inkişafı, ikitərəfli əməkdaşlığın genişləndirilməsi, Ermənistan-Avropa İttifaqı tərəfdaşlığının dərinləşdirilməsi, eləcə də regional və beynəlxalq gündəlikdə duran məsələləri müzakirə ediblər.
Liderlər, həmçinin Azərbaycan ilə Ermənistan arasında davam edən sülh prosesinə toxunaraq, Cənubi Qafqazda davamlı və uzunmüddətli sülhün təmin edilməsinin vacibliyini vurğulayıblar.
Bununla yanaşı, Parisdə Ermənistan məhsullarının Fransa bazarında satış imkanları və iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivləri də müzakirə olunub.