10 Av 5786 24 iyul 2026 🕯️ Şam yandırma — 19:47, cümə Şabbatın çıxışı — 20:53, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət İdman Texnologiya Təhlil Podkastlar Təhsil
Xaricdə təhsil proqramına qəbul olunan tələbələr

Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri açıqlanıb

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Cəmiyyət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Elm və Təhsil Nazirliyi “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2026–2027-ci tədris ili üzrə qəbulun nəticələrini açıqlayıb.

Müsabiqənin yekunlarına əsasən, namizədlər müvafiq meyarlara cavab verərək proqram iştirakçısı adını qazanıblar. Ümumilikdə 500 nəfər xaricdə təhsil almaq hüququ əldə edib. Onların 125-i bakalavriat, 353-ü magistratura, 22-si isə doktorantura səviyyəsində təhsil alacaq.

Tələbələrin təhsil alacağı dünyanın ən nüfuzlu universitetləri

Nazirliyin məlumatında bildirilir ki, Dövlət Proqramı çərçivəsində seçilən 500 nəfərdən 155-i dünyanın ən nüfuzlu 10 universiteti sırasında yer alan ali təhsil müəssisələrinə qəbul olub.

Bu təhsil müəssisələrinin sırasına "Stanford University", "Massachusetts Institute of Technology", "National University of Singapore", "University of Oxford", "University of California, Berkeley", "ETH Zurich", "Harvard University" və "Yale University" kimi nüfuzlu universitetlər daxildir.

Təqaüd qazanan şəxslərin tam siyahısı Elm və Təhsil Nazirliyinin saytında dərc olunub.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri açıqlanıbjnews.az səsləndirməsi