Zelenski ABŞ-yə gedir: Trampla görüşəcək, Lindsi Qremin dəfnində iştirak edəcək
Ukrayna Prezidenti Volodimir Zelenski gələn həftə ABŞ-yə rəsmi səfər edəcək. Səfər çərçivəsində onun ABŞ Prezidenti Donald Trampla görüşü planlaşdırılıb.
Bu barədə Ukraynanın “Suspilne” nəşri diplomatik mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Volodimir Zelenskinin ABŞ-yə səfəri 28 iyul tarixinə nəzərdə tutulub. Səfər zamanı V. Zelenski ilk olaraq ABŞ senatoru Lindsi Qremin dəfn mərasimində iştirak edəcək.
Bundan sonra Ukrayna liderinin Ağ evdə Donald Trampla birbaşa görüş keçirməsi gözlənilir.
Görüşün gündəliyi və tərəflərin müzakirə edəcəyi məsələlər barədə hələlik rəsmi açıqlama verilməyib. Bununla belə, danışıqlarda Ukraynaya hərbi və maliyyə dəstəyi, eləcə də Rusiya-Ukrayna müharibəsinin gedişatının əsas müzakirə mövzuları olacağı ehtimal edilir.