Tehranda İran və Oman arasında Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinə dair bir neçə mərhələdən ibarət danışıqlar keçirilib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqainin bildirdiyinə görə, görüşlərdə hər iki ölkənin xarici işlər nazirinin müavinləri iştirak ediblər.
Bəqai qeyd edib ki, danışıqlar zamanı tərəflər Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin olunmasının ümumi prinsipləri, eləcə də bu istiqamətdə tətbiq oluna biləcək praktiki mexanizmlər ətrafında fikir mübadiləsi aparıblar.