12 Av 5786 26 iyul 2026 🕯️ Şam yandırma — 19:40, cümə Şabbatın çıxışı — 20:46, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət İdman Texnologiya Təhlil Podkastlar Təhsil
Naxçıvanda ağır yol qəzası: Təcili yardım maşını aşıb, yaralılar var

Naxçıvanda ağır yol qəzası: Təcili yardım maşını aşıb, yaralılar var

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Hadisələr
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Naxçıvan şəhərinin Əziz Əliyev küçəsində təcili tibbi yardım avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Hərəkətdə olan “Mercedes” markalı ambulans ilə “Cherry” markalı minik avtomobilinin toqquşması nəticəsində təcili yardım maşını yoldan çıxaraq aşıb.

Qəza nəticəsində ümumilikdə 4 nəfər – təcili yardım avtomobilində olan 3 şəxs və “Cherry” markalı maşının sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar dərhal Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hazırda qəzanın başvermə səbəbləri ilə bağlı polis tərəfindən araşdırma aparılır.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
Naxçıvanda ağır yol qəzası: Təcili yardım maşını aşıb, yaralılar varjnews.az səsləndirməsi