26 Elul 5786 8 sentyabr 2026 🕯️ Şam yandırma — 18:40, cümə Şabbatın çıxışı — 19:45, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Özgür Özel və 91 millət vəkili CHP-dən istefa verib: Yeni Partiya

Özgür Özəl və 91 millət vəkili CHP-dən istefa verib: Yeni Partiya

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dünya
📅

Türkiyədə siyasi gündəmi dəyişdirən hadisə baş verib. Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Özgür Özəl yeni yaradılan siyasi partiyanın (Yeni Partiya) təsis sənədlərini imzalayaraq CHP-dən istefa verdiyini açıqlayıb. Onunla birlikdə ümumilikdə 91 deputat da CHP-dən ayrılaraq Yeni Partiyanın Təsisçilər Şurasına qoşulub.

Özəl bildirib ki, Yeni Partiya deputat sayına görə Türkiyənin əsas müxalifət qüvvəsinə çevriləcək.

Özgür Özəl: Vətənimizə, millətimizə, partiyamıza və hamımıza xeyirli-uğurlu olsun.

Özgür Özəl daha sonra “X” sosial şəbəkəsindəki profilindən “CHP sədri” qeydini silib. O, həmçinin Mustafa Kamal Atatürkün “Kəndli millətin ağasıdır” sözlərinin yer aldığı paylaşımı edərək yeni siyasi mərhələyə dair simvolik mesaj verib.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →