Gürcüstanda genişmiqyaslı elektrik kəsintisi baş verib. Yerli KİV-lərin məlumatına görə, paytaxt Tbilisi ilə yanaşı, Batumi, Kutaisi və ölkənin bir sıra digər şəhərlərində elektrik enerjisinin verilişi dayanıb.
Hadisənin səbəbi hələlik rəsmi olaraq açıqlanmayıb. Bununla bağlı aidiyyəti qurumlar araşdırmalara başlayıb, elektrik təchizatının mərhələli şəkildə bərpası istiqamətində işlərin aparıldığı bildirilib.
Elektrik enerjisinin kəsilməsi səbəbindən bəzi ərazilərdə nəqliyyatın hərəkətində və digər xidmətlərin fəaliyyətində müvəqqəti çətinliklər yaranıb.
Hadisənin səbəbləri və vəziyyətlə bağlı rəsmi açıqlamanın veriləcəyi gözlənilir.