26 Elul 5786 8 sentyabr 2026 🕯️ Şam yandırma — 18:40, cümə Şabbatın çıxışı — 19:45, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Bakıda 200 min manatlıq soyğunçuluq: Polis şübhəliləri yaxaladı

Bakıda 200 min manatlıq soyğunçuluq: Polis şübhəliləri yaxaladı

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Hadisələr
📅

Bakının Nəsimi rayonu ərazisində törədilmiş iri həcmli soyğunçuluq hadisəsinin üstü polis əməkdaşları tərəfindən açılıb.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində 200 min manatlıq soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıblar.

Əməliyyat zamanı əvvəllər məhkum olunmuş Elxan Alxanov, Əşrəf Alxanlı, Musa Məmiyev və Bəxtiyar Xudiyev tutularaq istintaqa təhvil veriliblər.

Araşdırmalarla müəyyən edilib ki, zərərçəkmiş şəxslə birlikdə bankların birindən pul çıxarmağa gələn B.Xudiyev sonradan onun üzərində külli miqdarda pul olduğunu digər dəstə üzvlərinə xəbər verib. Bundan sonra onlar zərərçəkmişə yaxınlaşaraq içərisində 200 min manat olan çantanı ələ keçirib hadisə yerindən uzaqlaşıblar.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →