ABŞ Prezidenti Donald Tramp Yəməndə fəaliyyət göstərən husilərin Səudiyyə Ərəbistanına məxsus gəmilərə hücumlarını davam etdirməsi halında İranın buna görə məsuliyyət daşıyacağını bəyan edib.
D. Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edərək xatırladıb ki, bir il əvvəl ABŞ husilərin beynəlxalq ticarət gəmilərinə hücumlarına cavab olaraq onlara qarşı hərbi əməliyyat keçirmişdi. Onun sözlərinə görə, həmin əməliyyatlardan sonra husilər uzun müddət dənizdə hücumlar həyata keçirməyiblər.
ABŞ Prezidenti bildirib ki, ötən gecə husilər Səudiyyə Ərəbistanına məxsus iki gəmini hədəfə alıblar. O vurğulayıb ki, bu cür hücumlar təkrarlanacağı təqdirdə Vaşinqton həm husilərə, həm də onları dəstəkləyən İrana qarşı sərt hərbi tədbirlər görəcək.
Rəsmi Tehran isə hələlik Trampın bəyanatına münasibət bildirməyib.