İsrail Müdafiə Qüvvələri (SAXAL) və Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) birgə əməliyyat zamanı HƏMAS-ın dəniz qüvvələri bölməsinin üzvü Abdullah Cahanın öldürüldüyünü açıqlayıb.
SAXAL-ın yaydığı məlumata görə, Abdullah Cah 2023-cü il oktyabrın 7-də İsrailin cənubuna həyata keçirilən hücumda iştirak edib. Bildirilir ki, o, müharibə dövründə İsrail hərbçilərinə və mülki şəxslərə qarşı hücumların planlaşdırılması ilə məşğul olub.
Əməliyyat zamanı HƏMAS-ın “Zeytun” batalyonunun bölük komandiri Məhəmməd əl-Həvari və həmin batalyonun müşahidə operatoru Sabhi Sakalla da öldürülüb.
