8 Av 5786 22 iyul 2026 🕯️ Şam yandırma — 19:47, cümə Şabbatın çıxışı — 20:53, şənbə
TƏCİLİ
Hamısı Siyasət Dünya Cəmiyyət Hadisələr İqtisadiyyat İdman Mədəniyyət Texnologiya Təhlil Podkastlar Təhsil
İsrail-Livan razılaşması icra olunur: İlk “pilot zona”da nəzarət dəyişdi

İsrail-Livan razılaşması icra olunur: İlk “pilot zona”da nəzarət dəyişdi

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Siyasət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Livanın Baş naziri Nəvaf Salam ölkənin cənubunda yerləşən və İsraillə əldə olunan razılaşma çərçivəsində Livan ordusunun nəzarətinə verilən Zavtar əl-Qərbiyə kəndini ziyarət edib.

Səfər zamanı Baş naziri Livanın müdafiə naziri Marse və digər yüksək vəzifəli dövlət rəsmiləri müşayiət ediblər. Salam kənddə Livanın dövlət bayrağını qaldıraraq ərazinin dövlət nəzarətinə keçməsini simvolizə edib.

Livan hökumətinin başçısı bildirib ki, bu addım daha geniş prosesin yalnız başlanğıcıdır. Onun sözlərinə görə, hökumət İsrail hərbçilərinin Livanın cənubundan tam çıxarılması istiqamətində səylərini davam etdirəcək.

Salam qeyd edib ki, bölgədə normal həyatın bərpası üçün hazırlıqlara başlanılıb. Onun sözlərinə görə, ilk mərhələdə əhalinin əsas ehtiyaclarının qarşılanması məqsədilə su, elektrik və rabitə xidmətlərinin bərpası, həmçinin keçid dövrü üçün yaşayış yerlərinin və zəruri vasitələrin təmin edilməsi nəzərdə tutulur.

“Cənuba həyatın geri qayıtması sadəcə bir şüar deyil, dövlətin ciddi şəkildə həyata keçirdiyi milli məqsəddir”, – deyə Livanın Baş naziri vurğulayıb.

Zavtar əl-Qərbiyə kəndi Livanın cənubunda müəyyən edilmiş ilk altı “pilot zona”dan biridir. Bu ərazilərdən İsrail qüvvələrinin çıxarılması və Livan ordusunun bölmələrinin yerləşdirilməsi İsrail ilə Livan arasında ABŞ-ın vasitəçiliyi ilə əldə olunan razılaşmanın icrası çərçivəsində həyata keçiriləcək.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
İsrail-Livan razılaşması icra olunur: İlk “pilot zona”da nəzarət dəyişdijnews.az səsləndirməsi