25 Elul 5786 7 sentyabr 2026 🕯️ Şam yandırma — 18:40, cümə Şabbatın çıxışı — 19:45, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Bakıda “Or Mitsva” yəhudi qadınlar klubunun üç illiyi qeyd olunub

Bakıda “Or Mitsva” yəhudi qadınlar klubunun üç illiyi qeyd olunub

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Cəmiyyət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Bakı Sefarad Yəhudiləri Dini İcmasının nəzdində fəaliyyət göstərən “Or Mitsva” yəhudi qadınlar klubunun üç illiyi qeyd olunub. Eyni zamanda, tətildən sonra klubun yeni mövsümünə start verilib.

Jnews.az xəbər verir ki, tədbir Bakıda yeni fəaliyyətə başlayan “Aviv” kaşer restoranında keçirilib.

Tədbir çərçivəsində iştirakçılar arasında səmimi fikir mübadiləsi aparılıb və klubun gələcək fəaliyyəti ilə bağlı planlar müzakirə olunub. Görüşdə yəhudi adət-ənənələrinin qorunması və gələcək nəsillərə ötürülməsi, Tövratın öyrədilməsi və yəhudi dəyərlərinin onlara aşılanmasının əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb. Həmçinin qadınların yəhudi adət-ənənələrinə əməl etməsi, ailələrdə milli-mənəvi dəyərlərin yaşadılması və bu ənənələrin gələcək nəsillərin tərbiyəsindəki rolundan danışılıb.

Tədbirdə qarşıdan gələn Roş Ha-Şana bayramına həsr olunmuş dərslər keçirilib, bayramın mahiyyəti və yəhudi ənənələrindəki əhəmiyyəti barədə məlumat verilib.

İştirakçılar yəhudi qadınların icma və ümumilikdə ictimai həyatda fəal rolunun artırılmasının, eləcə də bu istiqamətdə müxtəlif maarifləndirici tədbirlərin təşkilinin vacibliyini vurğulayıblar.

Qeyd edək ki, “Or Mitsva” yəhudi qadınlar klubunun rəhbəri icmanın fəal üzvü Rimma Katsaşvilidir.

“Or Mitsva” klubunun əsas məqsədi yəhudi qadınları bir araya gətirmək, onların icma həyatında fəal iştirakını təşviq etmək, eləcə də müxtəlif mədəni, maarifləndirici və sosial tədbirlər təşkil etməkdir.

Klubun üç illik fəaliyyəti ərzində müxtəlif görüşlər və tədbirlər keçirilib. Bu mövsümdə də “Or Mitsva”nın fəaliyyətinin davam etdirilməsi və yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
Bakıda “Or Mitsva” yəhudi qadınlar klubunun üç illiyi qeyd olunubjnews.az səsləndirməsi