25 Elul 5786 7 sentyabr 2026 🕯️ Şam yandırma — 18:40, cümə Şabbatın çıxışı — 19:45, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Yerusəlimdə 10-cu səfirlik açllır: Nauru hökumətindən vacib qərar

Yerusəlimdə 10-cu səfirlik açllır: Nauru hökumətindən vacib qərar

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Siyasət
📅

Nauru Respublikası hökuməti İsraildəki səfirliyini Yerusəlimdə açmaq qərarı verib. Bu barədə İsrailin xarici işlər naziri Gideon Saar məlumat verib. Nazirin sözlərinə görə, qərar ötən həftə Naurunun vitse-prezidenti Martin Hunt Aingimea ilə keçirdiyi görüşdən sonra qəbul edilib.

G. Saar bildirib ki, Naurunun diplomatik nümayəndəliyi Yerusəlimdə fəaliyyət göstərəcək onuncu xarici səfirlik olacaq.

Gideon Saar: Nauru İsrailin həqiqi dostudur. Səfirliyin Yerusəlimdə açılması ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə və əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcək.

Hazırda ABŞ, Qvatemala, Honduras, Kosovo, Papua-Yeni Qvineya, Paraqvay və Fici öz səfirliklərini Yerusəlimdə yerləşdirib. Bundan başqa, Kolumbiyanın da yaxın vaxtlarda diplomatik nümayəndəliyini Yerusəlimə köçürəcəyi gözlənilir.

Qeyd edək ki, Nauru Respublikası Sakit okeanın cənub hissəsində, Mikroneziya bölgəsində yerləşən və dünyanın ən kiçik müstəqil ada dövlətlərindən biridir.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →