Yəhudi Yeni ili Roş ha-Şana ərəfəsində Xayfada dünyanın ən böyük daşınan bayrağının qaldırılması ilə bağlı təntənəli mərasim keçirilib. Tədbir yerli sakinlərin və kütləvi informasiya vasitələrinin nümayəndələrinin böyük marağına səbəb olub.
Jnews.az xəbər verir ki, bayrağın hündürlüyü təxminən 40 metrdir. Bayraq daha əvvəl Ginnesin Rekordlar Kitabına daxil edilmək üçün namizəd göstərilib.
Hazırda bayraq daimi olaraq Kfar-Şmaryahudakı Bayraq evində nümayiş etdirilir.
Mənbə: jpost.com
