İsrailin Azərbaycandakı səfirliyi yəhudi Yeni ili – Roş ha-Şana bayramı münasibətilə təbrik paylaşımı edib.
Jnews.az xəbər verir ki, səfirlik paylaşımında İsrail və Azərbaycan xalqlarına sülh, firavanlıq və xoşbəxtlik arzulayıb.
“Qoy yeni il ümid işığının, səmimi arzuların və yeni başlanğıcların uğura çevrildiyi bir il olsun. Bu əlamətdar gün regionumuza sülh, ailələrimizə sağlamlıq və sevinc, xalqlarımız arasında dostluq və əməkdaşlığa isə yeni güc gətirsin”, – deyə paylaşımda bildirilib.
Səfirlik qarşıdakı ilin hər bir evə sülh, bolluq və firavanlıq gətirməsini, İsrail və Azərbaycan xalqları arasındakı möhkəm dostluq bağlarını daha da gücləndirməsini arzulayıb.
Paylaşım “Şana Tova U’Metuka!” – “Yeni iliniz mübarək!” sözləri ilə yekunlaşıb.


