22 Elul 5786 4 sentyabr 2026 🕯️ Şam yandırma — 18:51, cümə Şabbatın çıxışı — 19:57, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Binəqədi şosesində yol hərəkəti

Binəqədi rayonunda yol hərəkətinin təşkili dəyişdiriləcək

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Cəmiyyət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Binəqədi şosesinin Mehdiabad yolu və Nicat Mustafayev küçəsi ilə kəsişmələrində yol hərəkətinin təşkilində dəyişiklik ediləcək.

Jnews.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Binəqədi rayonunda nəqliyyat şəraiti təhlil edilib. Təhlillər nəticəsində, xüsusilə günün pik saatlarında sözügedən ərazilərdə nəqliyyat sıxlığının yarandığı və yolun buraxıcılıq qabiliyyətinin aşağı olduğu müəyyənləşdirilib.

Mövcud vəziyyətin yaxşılaşdırılması, hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi və yolun buraxıcılıq qabiliyyətinin artırılması məqsədilə həmin ərazidə yol hərəkətinin təşkilində dəyişiklik ediləcək. Layihə Nəqliyyatı Əlaqələndirmə Şurasında baxılaraq qəbul olunub.

Layihə çərçivəsində yol nişanları və nişanlanma xətləri vasitəsilə hərəkətin kanallaşdırılması, kəsişmələrdə hərəkət zolaqlarının artırılması nəzərdə tutulur. Həmçinin, Əttarlar küçəsindən yalnız sağa hərəkət təşkil ediləcək.

Bundan əlavə, işıqforun iş rejimi optimallaşdırılacaq və əsas hərəkət istiqaməti üzrə yaşıl fazanın müddəti artırılacaq.

AYNA-nın məlumatına görə, həyata keçiriləcək dəyişikliklər yolun buraxıcılıq qabiliyyətinin artırılmasına, münaqişəli nöqtələrin minimuma endirilməsinə və nəqliyyat axınının daha səmərəli və fasiləsiz təşkilinə imkan verəcək.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
Binəqədi rayonunda yol hərəkətinin təşkili dəyişdiriləcəkjnews.az səsləndirməsi