23 Elul 5786 5 sentyabr 2026 🕯️ Şam yandırma — 18:40, cümə Şabbatın çıxışı — 19:45, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Kir Starmer istefa verdi: “Missiyam başa çatdı”

Kir Starmer istefa verdi: “Missiyam başa çatdı”

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dünya
📅

Böyük Britaniyanın keçmiş Baş naziri Kir Starmer rəsmi olaraq vəzifəsini tərk etdikdən sonra bildirib ki, onun qarşıya qoyduğu siyasi missiya başa çatıb.

K. Starmer vida çıxışında qeyd edib ki, Leyboristlər Partiyasını yenidən gücləndirdikdən, 2024-cü il parlament seçkilərində partiyanın qələbəsini təmin etdikdən və daha güclü və daha ədalətli Britaniya qurmaq istiqamətində fəaliyyət göstərdikdən sonra baş nazir postundan ayrılır.

O, çıxışında rəhbərliyi dövründə həyata keçirilən siyasətə toxunaraq, ölkənin gələcəyi üçün atılan addımların davam etdirilməsinin vacibliyini vurğulayıb.

Kir Starmerin istefası Birləşmiş Krallıqda yeni siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Onun gedişindən sonra hakimiyyət daxilində və Leyboristlər Partiyasında yeni liderlik məsələsi əsas gündəm mövzularından birinə çevrilib.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →