20 Elul 5786 2 sentyabr 2026 🕯️ Şam yandırma — 18:51, cümə Şabbatın çıxışı — 19:57, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Məşhəd şəhərində, İranda şəhər nəqliyyatı

İranda avtomobil insanların üzərinə çırpılıb: 4 ölü, 11 yaralı var

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dünya
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Yenilənib: Sentyabr 2, 2026 1:06 axşam

İranın şimal-şərqində yerləşən Məşhəd şəhərində avtomobilin bir neçə nəqliyyat vasitəsinə və yol kənarında toplaşan insanlara çırpılması nəticəsində 4 nəfər ölüb, 11 nəfər yaralanıb.

Jnews.az xəbər verir ki, İran yol polisinin məlumatına görə, hadisə Vəkilabad bulvarında baş verib. Təxminən 35 yaşlı sürücünün idarə etdiyi “Hyundai Genesis” əvvəlcə “Suzuki Vitara” markalı avtomobillə toqquşub, daha sonra yolun kənarında dayanan insanlara çırpılıb.

Polisin bildirdiyinə görə, sürücünün əvvəllər epileptik tutmaları olub və qəza zamanı növbəti tutma nəticəsində avtomobilə nəzarəti itirib. Onun tibbi məhdudiyyətlərlə bağlı xüsusi qeyd olan şərti sürücülük vəsiqəsinin olduğu müəyyən edilib.

Sürücünün sol gözünün görmə qabiliyyətinin olmadığı və yalnız sağ gözü ilə avtomobil idarə etdiyi də bildirilib. 

Qəza nəticəsində iki qadın, bir kişi və təxminən 9 yaşlı uşaq hadisə yerində ölüb. Yaralanan 11 nəfər xəstəxanalara çatdırılıb.

İran polisi sosial şəbəkələrdə yayılan bəzi iddiaları təkzib edərək hadisənin qəsdən törədilmədiyini və təhlükəsizlik xarakterli insident olmadığını açıqlayıb. Polis qəzanın sürücünün qəfil səhhət problemi səbəbindən avtomobilə nəzarəti itirməsi nəticəsində baş verdiyini bildirib.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
İranda avtomobil insanların üzərinə çırpılıb: 4 ölü, 11 yaralı varjnews.az səsləndirməsi