14 Elul 5786 27 avqust 2026 🕯️ Şam yandırma — 19:03, cümə Şabbatın çıxışı — 20:08, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Rusiyada yüksək rütbəli hərbçinin avtomobilində partlayış: Ölü və yaralı var

Rusiyada yüksək rütbəli hərbçinin avtomobilində partlayış: Ölü və yaralı var

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dünya
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Rusiyanın Sankt-Peterburq şəhərində hərbçinin və həyat yoldaşının olduğu avtomobil partlayıb. Hadisə nəticəsində hərbçi ölüb, həyat yoldaşı isə xəstəxanaya yerləşdirilib.

Jnews.az xəbər verir ki, hadisə avqustun 27-də səhər saatlarında Kolpinski şosesində, Slavyanka ərazisində baş verib.

“Fontanka”nın məlumatına görə, avtomobili idarə edən şəxs polkovnik-leytenant olub. Cütlük evdən avtomobillə uzaqlaşmağa başladığı zaman, ilkin məlumata görə, maşında kustar üsulla hazırlanmış partlayıcı qurğu işə düşüb.

Partlayış nəticəsində hərbçi hadisə yerində ölüb. Onun həyat yoldaşı isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb və həkimlər onun həyatını xilas etməyə çalışırlar.

Hadisə ilə bağlı Rusiya İstintaq Komitəsi cinayət işi açıb. Partlayışın səbəbləri və hadisənin digər halları araşdırılır. Rəsmi qurumlar partlayışın səbəbi barədə hələ yekun məlumat açıqlamayıb.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
Rusiyada yüksək rütbəli hərbçinin avtomobilində partlayış: Ölü və yaralı varjnews.az səsləndirməsi