14 Elul 5786 27 avqust 2026 🕯️ Şam yandırma — 19:03, cümə Şabbatın çıxışı — 20:08, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarədaşıyan gəmi dənizdə

ABŞ-ın təyyarədaşıyan gəmisi yenidən Yaxın Şərqə göndərilir

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dünya
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Theodore Roosevelt” təyyarədaşıyan gəmisinin yaxın həftələrdə Yaxın Şərqə göndərilməsi planlaşdırılır.

Jnews.az xəbər verir ki, bu barədə CNN ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, gəminin heyətində təxminən 5 min hərbçi olacaq. Onların Yaxın Şərqdə ən azı yeddi ay xidmət aparacağı gözlənilir. Bununla belə, ABŞ Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi heyətə daha uzunmüddətli xidmətə hazırlaşmağı tövsiyə edib.

ABŞ Hərbi Dəniz Qüvvələrinin baş çavuşu Con Perriman bildirib ki, heyətə səkkiz aylıq xidmət müddətini nəzərə alaraq plan qurmaq tövsiyə olunub.

Məlumata əsasən, “USS Theodore Roosevelt”in Yaxın Şərqə göndərilməsi ABŞ Hərbi Dəniz Qüvvələrinin bölgədəki əməliyyat yükünün artdığı bir vaxtda həyata keçiriləcək. Gəminin bölgədə artıq fəaliyyət göstərən “USS George Washington” təyyarədaşıyan gəmisini əvəz etməsi gözlənilir.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
ABŞ-ın təyyarədaşıyan gəmisi yenidən Yaxın Şərqə göndərilirjnews.az səsləndirməsi