14 Elul 5786 27 avqust 2026 🕯️ Şam yandırma — 19:03, cümə Şabbatın çıxışı — 20:08, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Ermənistanın keçmiş prezidenti Robert Köçəryan

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan həbs edilib

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dünya
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Jnews.az xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.

Bildirilib ki, Robert Köçəryan hazırda xəstəxanadadır. O, səhhətində yaranan problemlə əlaqədar səhər saatlarında xəstəxanaya çatdırılıb.

Köçəryan prezident olduğu dövrdə digər şəxslərlə əlbir olaraq və vəzifə səlahiyyətlərindən istifadə etməklə bir sıra ictimai və iqtisadi əhəmiyyətli obyektləri dövlət mülkiyyətindən çıxararaq bazar qiymətindən xeyli aşağı qiymətə əldə etməkdə ittiham olunur.

Məlumata görə, sabiq prezident saxlanıldığı gün səhhətində yaranan problemlə əlaqədar xəstəxanaya yerləşdirilib, daha sonra məhkəmə qarşısına çıxarılıb. Məhkəmə iclası başlayandan təxminən yeddi saat sonra onun yenidən xəstəxanaya aparıldığı bildirilib.

Köçəryanın oğlu Levon Köçəryan məhkəmə binası qarşısında jurnalistlərə açıqlamasında həkimlərin atasının məhkəmə zalında deyil, xəstəxanada qalmasını məqsədəuyğun hesab etdiyini deyib.

“Məhkəmə iclası davam edir. Həkimlər onun məhkəmə zalında deyil, xəstəxanada olmasını düzgün hesab ediblər. Vəkillər işi davam etdirəcəklər. Düşünürəm ki, məhkəmə səhər saatlarına qədər qərar verəcək”, – Levon Köçəryan bildirib.

Qeyd edək ki, avqustun 25-də Robert Köçəryanın böyük oğlu Sedrak Köçəryan da saxlanılıb və onun barəsində həbs qətimkan tədbiri seçilib.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
Ermənistanın keçmiş prezidenti Robert Köçəryan həbs edilibjnews.az səsləndirməsi