Bakının Nizami rayonunda marşrut avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Jnews.az xəbər verir ki, hadisə Bəkir Çobanzadə küçəsində qeydə alınıb.
Məlumata görə, “Bus Trans” MMC-yə məxsus 51 nömrəli marşrut avtobusu idarəetmədən çıxaraq 3 minik avtomobili ilə toqquşub. Daha sonra avtobus SOCAR-ın Təlim və Tədris Mərkəzinin hasarına çırpılıb.
İlkin məlumata əsasən, avtobus sürücüsü işıqforda dönmə manevrini düzgün yerinə yetirməyib və nəticədə digər nəqliyyat vasitələrinə çırpılıb.
Hadisə zamanı avtobusda sərnişin olmayıb. Toqquşan avtomobillərin sürücülərinin isə xəsarət aldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Avtosfer.az
