Yenilənib: Avqust 26, 2026 4:24 axşam
Nepalın Rasuva rayonunda baş verən güclü daşqınlar nəticəsində azı 9 nəfər həyatını itirib, 400-dən çox insan isə itkin düşüb.
Jnews.az xəbər verir ki, itkin düşənlər arasında 105 yerli sakin var. Həmçinin, hidroelektrik stansiyasında işləyən ən azı 8 Cənubi Koreya vətəndaşından xəbər yoxdur. Daha 10 əməkdaş isə təbii fəlakət səbəbindən obyektin ərazisində köməksiz vəziyyətdə qalıb.
Nepal hakimiyyəti hidroelektrik stansiyasında blokada vəziyyətində qalan insanların təxliyəsi üçün əraziyə helikopter göndərib.
Hazırda bölgədə axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Rəsmilər təbii fəlakətin vurduğu zərərin miqyasını müəyyənləşdirir və itkin düşən şəxslərin axtarışını davam etdirirlər.
