8 Elul 5786 21 avqust 2026 🕯️ Şam yandırma — 19:13, cümə Şabbatın çıxışı — 20:19, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
İsmayıllı rayonunda yerləşən xəstəxana binası

İsmayıllıda toy məclisində kütləvi zəhərlənmə: 24 nəfər xəstəxanalıq olub

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Hadisələr
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

İsmayıllı rayonunun Hacıhətəmli kəndində keçirilən toy məclisi zamanı kütləvi zəhərlənmə hadisəsi baş verib. 

Zəhərlənmə əlamətləri ilə 24 nəfər Göyçay Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Tibb müəssisəsindən verilən məlumata görə, xəstələrə ilkin tibbi yardım göstərilib və onların vəziyyəti yaxşılaşdığı üçün evə buraxılıblar.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) hadisə ilə bağlı araşdırmalara başlayıb. Agentlik mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə hadisə yerində ilkin tədqiqat aparıb və laborator müayinələr üçün qida nümunələri götürüblər. Araşdırmaların nəticələrinə uyğun olaraq müvafiq tədbirlər görüləcək.

AQTA yay aylarında keçirilən kütləvi tədbirlər zamanı qidaların saxlanma şəraitinə və temperatur rejiminə ciddi riayət olunmasının vacibliyini bir daha xatırladıb.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
İsmayıllıda toy məclisində kütləvi zəhərlənmə: 24 nəfər xəstəxanalıq olubjnews.az səsləndirməsi