İran Prezidenti Məsud Pezeşkian və Rusiya Prezidenti Vladimir Putin gələn həftə ikitərəfli görüş keçirəcəklər.
Jnews.az xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali məlumat verib.
Diplomatın sözlərinə görə, görüş Bişkekdə bazar ertəsi başlayacaq Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində keçiriləcək.
Görüş zamanı İran və Rusiya arasında ikitərəfli gündəlikdə olan aktual məsələlərin müzakirə ediləcəyi gözlənilir.
Mənbə: haqqin.az
