12 Elul 5786 25 avqust 2026 🕯️ Şam yandırma — 19:03, cümə Şabbatın çıxışı — 20:08, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Rusiya Ukrayna-Moldova sərhədindəki keçid məntəqəsini vurub

Rusiya Ukrayna-Moldova sərhədindəki keçid məntəqəsini vurub

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dünya
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Yenilənib: Avqust 25, 2026 10:40 səhər

Rusiya ordusu Ukraynanın Odessa vilayətində Moldova ilə sərhəddə yerləşən “Vınoqradivka–Vulcăneşti” beynəlxalq sərhəd-keçid məntəqəsinə pilotsuz uçuş aparatları ilə zərbə endirib.

Jnews.az xəbər verir ki, hücum avqustun 25-nə keçən gecə baş verib. Moldova Sərhəd Polisi və Ukrayna tərəfinin məlumatına görə, “Şahed” tipli dronun zərbəsi nəticəsində Ukrayna ərazisində yerləşən “Vınoqradivka” sərhəd-keçid məntəqəsinin infrastrukturu zədələnib.

Hadisədən sonra sərhəd-keçid məntəqəsinin fəaliyyəti müvəqqəti dayandırılıb, sərnişin və nəqliyyat vasitələrinin buraxılışı həyata keçirilməyib. Hərəkət digər sərhəd-keçid məntəqələrinə yönləndirilib.

Moldova Sərhəd Polisi hücumun ölkə sərhədi yaxınlığında baş verdiyini, lakin zərbənin Ukrayna ərazisində yerləşən keçid məntəqəsinə endirildiyini bildirib. Hələlik bu hücum nəticəsində ölən və ya yaralananların olması barədə rəsmi məlumat açıqlanmayıb.

Qeyd edək ki, son günlər Moldova-Ukrayna sərhədində bir neçə oxşar hücum qeydə alınıb. Avqustun 21-də də Rusiyanın dron hücumu nəticəsində “Tabakı” sərhəd-keçid məntəqəsi zədələnmiş və fəaliyyəti müvəqqəti dayandırılmışdı.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
Rusiya Ukrayna-Moldova sərhədindəki keçid məntəqəsini vurubjnews.az səsləndirməsi