Yenilənib: Avqust 20, 2026 12:46 axşam
Ermənistan Müdafiə Nazirliyi hərbçilərin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.
Qeyd edilib ki, hadisə avqustun 19-da saat 21:00 radələrində Çəmbərək şəhərinə gedən yolda baş verib. “QAZ-53” markalı avtomobil bir qrup hərbi qulluqçunu vurub.
Hadisə nəticəsində hərbi qulluqçu Suren Vardanyan həlak olub. Digər hərbçilər isə xəsarət alaraq hospitala yerləşdirilib və hazırda həkim nəzarətindədir. Onların həyatına təhlükə olmadığı bildirilir.
Hadisənin səbəbləri və digər təfərrüatları müəyyənləşdirmək üçün araşdırma aparılır.
