11 Elul 5786 24 avqust 2026 🕯️ Şam yandırma — 19:03, cümə Şabbatın çıxışı — 20:08, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
"YouTube" İsraildə premium abunəliyinin qiymətini qaldırıb

“YouTube” İsraildə premium abunəliyinin qiymətini qaldırıb

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Texnologiya
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Yenilənib: Avqust 24, 2026 12:16 axşam

“Google” şirkəti İsraildə “YouTube Premium” abunəliyinin qiymətinin artırılacağını açıqlayıb.

Jnews.az xəbər verir ki, sentyabrın 1-dən etibarən xidmətin aylıq qiyməti 23,90 şekeldən 29,90 şekelə yüksələcək. Bu, təxminən 25 faizlik artım deməkdir.

Şirkət qiymət artımını istifadəçilərə daha keyfiyyətli xidmət göstərmək və məzmun yaradıcılarına dəstəyi gücləndirmək istəyi ilə izah edib.

Bununla belə, İsraildə “YouTube Premium”un yeni qiyməti bir sıra Qərb ölkələri ilə müqayisədə hələ də daha aşağıdır. Məsələn, ABŞ-da analoji abunəliyin qiyməti 15,99 dollar, yəni təxminən 46 şekel, İtaliyada isə 20,99 avro, təxminən 74 şekel təşkil edir.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
“YouTube” İsraildə premium abunəliyinin qiymətini qaldırıbjnews.az səsləndirməsi