8 Elul 5786 21 avqust 2026 🕯️ Şam yandırma — 19:13, cümə Şabbatın çıxışı — 20:19, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Qəzza zolağında hərbi əməliyyatların keçirildiyi ərazi.

Əməliyyat: İsrail ordusu HƏMAS-ın komandirini zərərsizləşdirib

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Hadisələr
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Yenilənib: Avqust 21, 2026 12:43 axşam

İsrail Müdafiə Qüvvələri (SAXAL) Qəzza zolağının Nuseyrat bölgəsində həyata keçirilən hərbi əməliyyat zamanı HƏMAS-ın taqım komandirlərindən biri olan Sabhi Sami Mahmud Şahatanın öldürüldüyünü elan edib.

Ordu rəsmilərinin yaydığı məlumata əsasən, Şahata 2023-cü il oktyabrın 7-də İsrailə qarşı təşkil olunan hücumlarda birbaşa iştirak edib. Bundan əlavə, onun həmin hücumlar zamanı girov götürülən şəxslərin daşınması və sonradan azad edilən girovların Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verilməsi prosesində rol aldığı qeyd olunub.

SAXAL-ın açıqlamasında bildirilir ki, zərbə Şahatanın son günlər İsrail hərbçilərinə və mülki şəxslərə qarşı yeni hücumlar planlaşdırması və təhlükə yaratması səbəbindən endirilib. Ordunun iddiasına görə, komandir HƏMAS-ın hərbi fəaliyyətlərində aktiv iştirakını davam etdirirdi.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
Əməliyyat: İsrail ordusu HƏMAS-ın komandirini zərərsizləşdiribjnews.az səsləndirməsi