Yenilənib: Avqust 20, 2026 2:41 axşam
Rusiyadan Ermənistana Azərbaycan ərazisindən növbəti tranzit taxıl tədarükü həyata keçirilib. Böyük Kəsik stansiyasından 39 vaqonda 2725 ton buğda daşıyan qatar Ermənistana yola düşüb.
İndiyədək Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzitlə 44 min tondan çox taxıl, təxminən 9 min ton gübrə, 1136 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 67 ton oduncaq göndərilib. Bundan əlavə, Azərbaycandan Ermənistana təxminən 15 min ton dizel yanacağı və 5 min tona yaxın Aİ-92 və Aİ-95 markalı benzin ixrac edilib.
