6 Elul 5786 19 avqust 2026 🕯️ Şam yandırma — 19:13, cümə Şabbatın çıxışı — 20:19, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Benyamin Netanyahu bəyanatla çıxış edir

Netanyahu BCM nümayəndələrinə qarşı sanksiyaları dəstəkləyib

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Siyasət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Yenilənib: Avqust 19, 2026 9:56 səhər

İsrailin baş naziri Binyamin Netanyahu ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) nümayəndələrinə qarşı sanksiyalar tətbiq etmək qərarını rəsmən dəstəkləyib. İsrail hökumətinin rəhbəri bununla bağlı “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

B. Netanyahu paylaşımında BCM-ni “kukla tribunal” kimi xarakterizə edib. Onun sözlərinə görə, məhkəmənin fəaliyyəti beynəlxalq hüquq adı altında səlahiyyətlərdən sui-istifadəni ört-basdır etməyə yönəlib. Baş nazirin fikrincə, bu, ədalətin fundamental prinsiplərinin pozulması deməkdir.

İsrailin baş naziri ABŞ dövlət katibi Marko Rubioga Donald Tramp administrasiyasının BCM-nin “qanunsuz hərəkətləri” ilə mübarizə istiqamətində göstərdiyi səylərə görə minnətdarlığını bildirib. B. Netanyahu, həmçinin məhkəmə rəhbərliyinin öz hərəkətlərinə görə məsuliyyət daşımalı olduğunu vurğulayıb.

Qeyd edək ki, Ağ Ev administrasiyası Beynəlxalq Cinayət Məhkəməsinin iki nümayəndəsinə qarşı sanksiyalar tətbiq edib.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
Netanyahu BCM nümayəndələrinə qarşı sanksiyaları dəstəkləyibjnews.az səsləndirməsi