Türkiyənin Kırıkkale şəhərində sərnişin avtobusu aşıb.
Hadisə Tekirdağdan Kayseriyə hərəkət edən sərnişin avtobusunun Kaman-Ankara avtomobil yolunda idarəetmədən çıxaraq aşması nəticəsində baş verib.
Hadisə yerinə təcili tibbi yardım briqadaları, polis, jandarma, yanğınsöndürənlər və AFAD əməkdaşları cəlb olunub.
Qəza nəticəsində 41 nəfər xəsarət alıb. Yaralıların hamısı ətrafdakı xəstəxanalara yerləşdirilib. Onlardan 3-nün vəziyyəti ağır qiymətləndirilir.
Kırıkkale valisi Hüseyn Engin Sarıibrahim bildirib ki, ilkin məlumata görə, qəza yolun sürüşkən olması səbəbindən baş verib.