ABŞ Prezidenti Donald Tramp NATO-nun iyulun 7-8-də Ankarada keçiriləcək sammiti çərçivəsində ukraynalı həmkarı Volodimir Zelenski ilə ikitərəfli görüş keçirəcək. Görüşdə əsas müzakirə mövzusunun Rusiya-Ukrayna müharibəsinin dayandırılması və sülh prosesinin perspektivləri olacağı gözlənilir.
Ağ Evin açıqladığı proqrama əsasən, Tramp iyulun 7-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Ertəsi gün isə ABŞ lideri əvvəlcə Zelenski, daha sonra isə Suriya Prezidenti Əhməd əş-Şaara ilə qapalı formatda ikitərəfli danışıqlar aparacaq. Sammitin sonunda Trampın mətbuat konfransı keçirəcəyi, daha sonra isə ABŞ-yə qayıdacağı planlaşdırılır.
“Reuters”in Ağ Evdəki yüksəkvəzifəli rəsmiyə istinadən yaydığı məlumata görə, Tramp Zelenski ilə görüşdə döyüş əməliyyatlarının dayandırılması və münaqişənin diplomatik yolla həlli imkanlarını müzakirə etmək niyyətindədir. ABŞ administrasiyası hesab edir ki, cəbhədə vəziyyət uzun müddətdir ciddi dəyişmədiyi üçün danışıqların bərpası üçün yeni imkan yaranıb.
Məlumata görə, Zelenski ilə danışıqlardan sonra Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə də əlaqə saxlayaraq müzakirələrin nəticələri barədə fikir mübadiləsi aparacağı gözlənilir.
Qeyd edək ki, bu görüş NATO sammitinin ən çox diqqət çəkən ikitərəfli təmaslarından biri hesab olunur.