Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi qanunsuz narkotik dövriyyəsinə qarşı növbəti əməliyyat həyata keçirib.
Nazirlikdən verilən məlumata görə, tədbir Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən Qum adası ərazisində reallaşıb. Əməliyyat narkotik vasitələrin satışı ilə bağlı daxil olmuş məlumat əsasında aparılıb.
Əməliyyat zamanı əvvəllər məhkum edilmiş Vüqar Tahirov saxlanılıb. Onun üzərindən külli miqdarda marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı Su Nəqliyyatında Polis İdarəsində araşdırma aparıldığı bildirilir.