Bakının bəzi ərazilərində sabah qaz təchizatında müvəqqəti məhdudiyyət tətbiq olunacaq.
“Azəriqaz” İstehsalat Birliyinin yaydığı məlumata əsasən, qaz şəbəkəsində aşkar edilmiş sızmanın aradan qaldırılması, həmçinin təmir və quraşdırma işlərinin aparılması məqsədilə 1 iyul 2026-cı il tarixində saat 10:00-dan etibarən bir sıra yaşayış məntəqələrinə qaz verilişi dayandırılacaq.
Məhdudiyyət Nizami rayonunun Keşlə qəsəbəsini, eləcə də Sabunçu rayonunun Maştağa qəsəbəsi, Yeni Sahə, Subtropik Sovxoz, Konserv Zavodu və Daş Karxanası ərazilərini əhatə edəcək.
Qurumun bildirdiyinə görə, qaz təchizatı təmir işləri başa çatdıqdan sonra bərpa olunacaq.