2026–2027-ci tədris ili üçün məktəbəhazırlıq qruplarına qəbul prosesi çərçivəsində Azərbaycan bölməsi üzrə məktəb seçiminə start verilir.
Məktəb seçimi ilə bağlı məlumat Azərbaycan Respublikasının Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) verilib.
Valideynlər iyulun 21-i saat 11:00-dan etibarən Bakı şəhəri istisna olmaqla, ölkənin digər şəhər və rayonlarında məktəb seçimi edə biləcəklər.
Bakı şəhəri üzrə seçim prosesi iyulun 21-i saat 15:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə isə iyulun 22-si saat 11:00-da başlayacaq.
Qeydiyyat prosesi “mektebeqebul.edu.az” portalı vasitəsilə həyata keçiriləcək və sentyabrın 14-ü saat 18:00-dək davam edəcək.
Məktəbəhazırlıq qruplarına yalnız 2021-ci ildə anadan olmuş, yəni 2026-cı ildə 5 yaşı tamam olan uşaqlar qəbul ediləcək.